Dünya

Fransa prezidenti: "BVF-nin ofisindəki partlayış terror aktıdır"

16 Mart 2017 17:37
0 Şərh     Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Prezidenti Fransua Olland Parisdə Beynəlxalq Valyuta Fondunun (BVF) binasında baş verən partlayışı terror aktı kimi dəyərləndirib.

Milli.Az report-a istinadən xəbər verir ki, o, bunu ölkəsinin Tulon şəhərinə səfəri zamanı bildirib.

"Zərfdə partlayıcı qurğunun yerləşdirilməsi terror aktı ilə üzləşməyimiz deməkdir. Bunun başqa adı yoxdur", - Fransa prezidenti vurğulayıb.

F.Olland deyib ki, hakimiyyət günahkarların tutulub cəzalandırılması üçün əlindən gələni edir.

Qeyd edək ki, martın 16-da BVF-nin Parisdəki ofisində partlayıcı quraşdırılmış qurğunun partlaması nəticəsində bankın qadın əməkdaşı xəsarət alıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.