Dünya

Atasını öldürən 5 yaşlı uşağa anası kömək edib? - ŞOK DETAL

16 Mart 2017 16:20
14 Şərh     Baxış: 23 197

Adanada 5 yaşlı uşağın "oğru-polis" oyunu oynayarkən pnevmatik tüfənglə atasını vuraraq öldürdüyü iddia olunan hadisə ilə bağlı şok detal üzə çıxıb.

Xatırladaq ki, Adanada 7 fevral tarixində axşam saatlarında Çukurova mahalı Yurd məhəlləsində iddiaya görə, oğru-polis oyunu oynayarkən Əhməd Esen (36), 5 yaşlı oğlu M.A. tərəfindən pnevmatik tüfənglə vurularaq öldürülmüşdü.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, hadisədən sonra Respublika Prokurorluğunun təlimatı ilə Adana Təhlükəsizlik İdarəsinin əməkdaşları istintaq başladıb. İstintaq çərçivəsində ana Fikriyə Figen Esen, ata Ahmet Esen və atanı öldürdüyü iddia edilən 5 yaşlı M.A.-nın əl izləri götürülüb.

Ana Fikriyə Figen Esen ifadəsi zamanı bunları bildirib:

"O gün axşam yoldaşım yataq otağında pnevmatik tüfəngi gətirdi, doldurub sildi. Bir güllə içindən çıxmadı. Həyat yoldaşım bir müddət onu çıxarmaqla məşğul oldu, daha sonra tüfəngi yerə qoydu. Həyat yoldaşım və oğlum bir müddət sora "oğru-polis" oyunu oynamağa başladı. Oğlum bir az oynadıqdan sonra tüfəngi götürmək istədiyini söylədi. Mən və qızım da tüfəngi oğluma verdik. Həyat yoldaşım telefonla danışırdı, oğlum da yoldaşıma "dur, polis" dedi. Yoldaşım əlini qaldırdı, mən tüfəngin qundağından tuturdum ki, birdən tüfəngdən atəş açıldı və yoldaşım vuruldu. Mən tətiyi basmadım. Yalnız tüfəngin qundağından tutmuşdum".

5 yaşlı M.A. isə ifadəsində tətiyi anasının basdığını deyib.

Polis mərhumun, həyat yoldaşının və 5 yaşlı oğlanlarının əl izləri ilə bağlı ekspert qrupunun cavabını açıqlayıb. Məlum olub ki, ana və uşaq nə silahı tutub, nə də atəş açıblar. 

Ehtimallar Əhməd Esenin intihar etdiyinə yönəlib.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

14 Şərh:

  • Anonim
    MiruMir · 16 Mart 16:43151

    Kiwi intihar edibse qadin niye melikmemmed nagili daniwir? Baw acmadim bu iwden ...

    Cavab yaz
  • Anonim
    Z.A · 16 Mart 16:4830

    Maraqlidi neca olub?

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 16 Mart 16:5150

    Hec ne basa dusmedim,

    Cavab yaz
  • Anonim
    Keder ocagim · 16 Mart 16:5221

    Ates acandan sonra el izlerini silib yeqinki.

    Cavab yaz
  • Anonim
    Angel · 16 Mart 17:0220

    Intihar olsa bilimeye ne varki yaxwi kriminalist ucun

    Cavab yaz
  • Anonim
    cavab · 16 Mart 17:4650

    eger intihar edirdise,gerek usaqinin, arvadinin gozunun qabaqindaedeyi?Hec de inandirici deyil Ele olsaydi arvad ilk izahatda, lap ele hadise yerindece deyerdi ki intihar etdi Daha niye usaqa yonlendirirdi ki?Korpesini niyeqatil kimi tanitmali idi Burda basqa ne ise var Arvadin arxasinda guclu kimse var

    Cavab yaz
  • Anonim
    Ayla X · 16 Mart 18:2801

    Super melikmemmed

    Cavab yaz
  • Anonim
    murad · 16 Mart 19:0001

    Yekin kimse oldurub anaya tapsirilib ki usagi qabaga ver. Bizde kef edek

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 16 Mart 20:5210

      Onsuzda kef edecekler, intihari yixdilar oz boynuna,hem gunahkar oldu hemde öldu.Allah dehsettt.

      Cavab yaz
  • Anonim
    anonim · 16 Mart 19:4241

    Vallah inandırıcı deyil.Bizim evdədə yoldaşımın sənətli ov silahı var.Mən yoldaşım ovdan gələndə alıb silahı uşaqların əli dəymiyən hündür yerə qoyuram. Yoldaşım tək olanda verirəmki için yoxlasın güllə qalmasın. Yəqinki ana məsuliyyətsizliyi

    Cavab yaz
  • Anonim
    Konul Ehmedova · 17 Mart 00:4900

    Seytan yoldan cixarib

    Cavab yaz
  • Anonim
    QQ · 17 Mart 01:3701

    Turkiye polisi de inanib he ekspert reyine .Atalar deyib sozun duzunu usaqdan sorus .Ana utdurma danisa biler .Bes usaq niye yalan desin ?Tetiyi mutleq ana cekib .amma ele goruntu yaradib ki bunu bedbext hadise kimi basa dussunler .Ele bil evvelceden dusunulub hazirlanmis cinayetdir .Belke de qadinin mwsuqu var

    Cavab yaz
  • Anonim
    M - 112 · 17 Mart 08:4200

    Sən vurmadın, mən yıxılmadım,bəs bu nədi?

    Cavab yaz
  • Anonim
    kate · 17 Mart 14:2200

    Görən yazan başa düşüb nə yazır. Mən heç nə anlamadım.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.