Dünya

Banka hücum: bir neçə nəfər girov götürüldü - YENİLƏNİB

16 Mart 2017 16:21
0 Şərh     Baxış: 2 150

16:21

Almaniyanın Duysburq şəhərində banka hücum edən naməlum kişi girovu sərbəst buraxaraq qaçıb. 

Milli.Az report-a istinadən xəbər verir ki,  hadisə şəhərin Rumeln-Kaldenhauzen rayonunda "Sparkasse" bankının filialında baş verib.

İnformasiyaya əsasən, girov xəsarət almayıb. Polis əməkdaşları hadisə ilə bağlı iki şübhəlini saxlayıblar.

---------

14:14

Almaniyada naməlum kişi banka hücum edib, bir neçə nəfəri girov götürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli "N24" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Almaniyanın Duysburq şəhərində baş verib. 

Xəbərdə bildirilib ki, girov götürülən iki nəfər bankın əməkdaşlarıdır. 
Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.