Dünya

İran rəsmi olaraq Suriyada atəşkəsin təminatçısı statusu alıb

15 Mart 2017 18:30
0 Şərh     Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İran rəsmi olaraq Rusiya və Türkiyə ilə yanaşı, Suriyada atəşkəs rejiminə əməl edilməsi üzrə təminatçı ölkə statusu alıb".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Suriya münaqişəsini nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksant Lavrentyev deyib. O bildirib ki, bu qərar Astana danışıqlarının vacib nəticəsi hesab olunur.
 
Rusiya nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bəzi qüvvələr sülh danışıqlarına mane olmağa çalışır və münaqişənin hərbi yolla həllinə tərəfdar çıxırlar. Onun sözlərinə görə, Suriya silahlı müxalifətinin nümayəndələrinin martın 16-da Astana gəlişi nəzərdə tutulur: "Hesab edirik ki, təminatçı ölkələr və Suriya silahlı müxalifəti arasında müzakirələr mütləq davam etdirilməlidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.