Dünya

Mart ABŞ-a dərd gətirdi: qar, boran, tufan - FOTO

14 Mart 2017 09:43
2 Şərh     Baxış: 775

ABŞ-ın şimal-şərqindəki bir neçə ştatda güclü qar gözlənilir. Qar örtüyünün 30 sm-ə çatacağı ehtimal edlilir.

Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın Milli Metereologiya Xidməti Nyu-Yorkda, Nyu-Cersinin şimalında və Konnektikutun cənubunda güclü qarın gözlənildiyini bəyan edib.

Meteoroloqların dediklərinə görə, Nyu-Yorkda 30-45 sm qar yağa bilər. Sürəti 65-80 km/saata çatacaq güclü külək istisna deyil.

Nyu-Yorkun meri Bill de Blazio şəhər sakinlərini ciddi zərurət olmadan avtomobillərin sükanı arxasına əyləşməməyə, xilasetmə və sanitar xidmətlərin maşınları üçün boş yolları təmin etməyə çağırıb.

"Çərşənbə axşamı güclü qar və boran ola bilər. Nyu-York sakinləri qara və yollarda çətin vəziyyətə hazır olsunlar", - mer deyib.

Dünən gecə başlanan qar bu gün səhər saatlarında güclənib. Qarın intensivliyi saatda 50-10 sm-ə çatıb.

Bostonda qar örtüyünün qalınlığının 30-45 sm-ə, Massaçusets ştatının şimal-şərqindəki bəzi bölgələrdə isə 60 sm-ə çatacağı ehtimal edilir.

Filadelfiya şəhərinə də güclü qar yağıb. Axşam saatlarına qədər qar örtüyünün qalınlığı 30 sm-ə çata bilər.

Amerikalıların milli bayramlarından olan Milli Albalı Çiçəyi Festivalına hazırlaşan Vaşinqtonda 15-25 sam qar gözlənilir.

Halbuki, ötən həftə regionda havanın orta statistik temperaturu +15 idi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    M · 14 Mart 10:3000

    Qar ABŞ-a niyə dərd gətirir ki, bizə yağanda dərd gətirir.

    Cavab yaz
  • Anonim
    Sosyal Müselman · 14 Mart 11:3300

    Biraz işci qüvvesi göndermek lazımdı yazıqdılar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.