Dünya

Trampla Merkelin ilk görüşü təxirə salınıb - YENİLƏNİB

13 Mart 2017 22:59
1 Şərh     Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:59

ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel arasında martın 14-ə planlaşdırılan görüş Vaşinqtonda gözlənilən şiddətli qarla əlaqədar təxirə salınıb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin mətbuat katibi Şon Spayser bildirib.
 
"Prezident Tramp Almaniya kansleri ilə telefon danışığı aparıb. Tərəflər qeyri-sabit hava şəraiti əlaqədar görüşün cümə günü, martın 17-ə keçirilməsi barədə razılığa gəliblər. Danışıqların gündəliyi dəyişməz qalıb", deyə Ş.Spayser bildirib.
 
Qeyd edək ki, bu, Merkel və Tramp arasında keçiriləcək ilk rəsmi görüş olmalı idi.

---------

22:26

ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel arasında martın 14-ə planlaşdırılan görüş təxirə salına bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, Vaşinqtona yaxınlaşan şiddətli qar proqnozu ilə əlaqədardır.

Bu barədə jurnalistlərə məlumat verən Ağ Evin mətbuat katibi Şon Spayser bildirib ki, hazırda Almaniya tərəfi ilə müvafiq danışıqlar aparılır: "Biz Angela Merkelin səfəri ilə bağlı Almaniya rəsmiləri ilə daim ünsiyyətdəyik. Səfərlə bağlı əlavə məlumat gün ərzində veriləcək".
 
Qeyd edək ki, bu, Merkel və Tramp arasında keçiriləcək ilk rəsmi görüş olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.