Dünya

Səfir: "İranlı siyasətçilərin Türkiyəyə getməmək çağırışları qəbulolunmazdır"

13 Mart 2017 15:12
0 Şərh     Baxış: 664

Bir sıra İran siyasətçilərinin ölkə vətəndaşlarına Novruz bayramı günlərində Türkiyəyə istirahətə getməmələri barədə çağırışları dostluq və mehriban qonşuluq ruhuna cavab vermir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin İrandakı səfiri Rza Hakan Tekin deyib.

O vurğulayıb ki, hər bir kəs harada istirahət edəcəyini özü seçməlidir: "Biz İran hökumətindən Türkiyəyə turist axınını təşviq etməsini gözləmirik. Amma Türkiyəyə gəlmək istəyənlərin də qarşısını almaq düzgün deyil. Türkiyəni qaralamaq, burada istirahət etmək istəyənlərə maneə törətmək qəbul olunmazdır".

Səfirin sözlərinə görə, Türkiyədə istirahəti tənqid edənlər arasında turizm sahəsində tendensiyalarla bağlı narahat olan bir sıra İran rəsmiləri də var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.