Dünya

Polis İŞİD-in terror aktının qarşısını aldı

13 Mart 2017 09:29
0 Şərh     Baxış: 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Essen şəhərindəki ticarət mərkəzində planlaşdırılmış terror aktının arxasında İŞİD dayanırdı.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Tomas de Mezyer "ARD" telekanalında efirə gedən "Berlin aus Bericht" proqramında bildirib.

O qeyd edib ki, Almaniyada terror təhlükəsi yüksək olaraq qalır. "İŞİD terror qruplaşması ilə əlaqə göz qabağındadır", -  nazir bildirib.

Tomas de Mezyer vurğulayıb ki, Almaniyanın hüquq-mühafizə orqanları ayıq-sayıqdır.

Qeyd edək ki, "WDR" telekanalının verdiyi məlumata görə, Essen polisi bu şəhərin ticarət mərkəzinə planlaşdırılmış terror aktının qarşısını ala bilib. Yerli polis terror aktının aşkar olunmuş mümkün əlamətləri səbəbindən ticarət mərkəzinin bağlanmasına göstəriş verib.

Gücləndirilmiş iş şəraitinə keçmiş güc strukturlarının əməkdaşları əraziyə gəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.