Dünya

"Barselona"yla oyun öncəsi Rihanna ilə yatıblar - "PSJ"-də SEKS QALMAQALI - FOTO

11 Mart 2017 11:10
6 Şərh     Baxış: 30 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın "Paris Saint-Germain" klubunun Çempionlar Liqasında "evində "Barselona"ya 4:0-lıq qələbədən sonra 6-1 məğlub olması şok bir iddianı ortaya çıxarıb.

Milli.Az Fanatik-ə istinadən xəbər verir ki, "PSG"nin ulduzları Blaise MatuidiMarko Verrattinin "Barselona" matçından iki gün əvvəl məşhur müğənni Rihanna ilə birlikdə olduğu iddia edilir.

Blaise Matuidi və Marko Verrattinin "Barselona"ya 6-1 məğlub olduqları matçdan iki gün əvvəl Rihanna ilə Parisdəki bir gecə klubunda görüşdükləri deyilir.

Rihanna o tarixdə Fransanın paytaxtında, bir idman geyim firması tərəfindən təşkil edilən moda şousunda iştirak edib.

"L'Equipe"inə görə, italyalı oyunçu Verratti və fransız ulduz Matuidi də ulduzlarla dolu partiyə qatılanlar arasında olublar.

Bu iddia "Barselona"ya məğlub olaraq 1/8-də "dayanan" fransızları qəzəbləndirib.

Marko Verrattinin meneceri Di Kampli "Verattinin "Barselona" matçından 48 saat əvvəl Rihanna ilə birlikdə olduğu yalandır" açıqlamasını edib. 

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.