Dünya

Almaniyadan PKK və Öcalana BÖYÜK ŞOK

11 Mart 2017 10:29
2 Şərh     Baxış: 2 967

Almaniya hökuməti son qərarı ilə PKK terror təşkilatı və onun rəhbəri Abdullah Öcalana ağır zərbə vurub.

Milli.Az Spiegel jurnalına istinadən xəbər verir ki, Almaniya hökumətinin ölkədə fəaliyyəti qadağan olan PKK terror təşkilatına qarşı mövqeyini sərtləşdirdiyi deyilir.

Almaniya Daxili İşlər Nazirliyinin 2 mart tarixində əyalətlərə və təhlükəsizlik orqanlarına 5 səhifəlik bir yazı göndərdiyi ifadə edilən xəbərdə daxili işlər naziri Tomas de Maizierenin üzərində terror təşkilatı lideri Abdullah Öcalanın fotolarının olduğu bez parçalarını qadağan etdiyi qeyd edilib.

Xəbərdə terror təşkilatına məxsus 33 simvol və loqonun da yer aldığı bildirilərək qadağan olan simvollar arasında YPG simvolunun də olduğu deyilir.

Qeyd edək ki, PKK-nın fəaliyyəti Almaniyada 1993-cü ildən qadağan edilib, ancaq təşkilat tərəfdarları bu ölkədə təşkil etdiyi nümayişlərdə sözügedən "simvollardan" istifadə edirdilər.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    $.$.$. · 11 Mart 10:5510

    qadaqa bu təşkilat ucun hec nədir bunlarin təşkilatcilarini məhv etmək lazimdir.

    Cavab yaz
  • Anonim
    Sosyal Müselman · 11 Mart 12:4610

    Almanya teroru behane ederek miqratları qebul etmir,ancaq terorçu bir teşkilatı orda besleyir. Buda o anlama gelir ki,hedef Sirya,Irak yox Türkiyedi,Irandı. Çox gözel bilirler Türkiye,Iran islamın özeyidi mes xencer ora sancılmalıdı.Ancaq gecikdiler artıq oyanmışıq,gec olsada. Orada bir kürt devletinin yaradılması regyon üçün yaxşı heçne ved etmir hemçinin bize

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.