Dünya

Həkim 13 yaşlı qızı "iPhone" işığı ilə əməliyyat etdi - XƏSTƏXANADA BİABIRÇILIQ - FOTO

4 Mart 2017 11:41
4 Şərh     Baxış: 6 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin Nyukastl şəhərindəki məşhur hospitallardan biri ilə bağlı biabırçı iddia səsləndirilib.

Milli.Az "Mirror"a istinadla bildirir ki, valideynlərin dediyinə görə "Royal Victoria Infirmary" xəstəxanasında həkimlər 13 yaşlı qızı "iPhone"un işığı ilə əməliyyat ediblər.

Anası 13 yaşlı Georgia Hendersonu dodağında şiş əmələ gəldiyinə görə adı çəkilən xəstəxanaya aparıb. Onlar təxminən 4, 5 saat gözləsələr də, maraqlanan həkim olmayıb. Tibb bacıları bu müddət ərzində qızın dodağından axan qanı kəsmək üçün bintdən istifadə ediblər. Həkim gələndə isə onlar uşağı balaca otağa aparıb və qıza bildiriblər ki, kütləni çıxarmaq üçün əməliyyata ehtiyac var. O, həmkarından "iPhone"un işığını onun əlinə tutmağı xahiş edib. Bunu görən ana və bala qorxuya düşüblər. Qız əməliyyatdan sonra evə buraxılıb. Evə gələndə görüblər ki, kütlə tam çıxarılmayıb. 

O, xəstəxanadan jurnalistlərə şikayət edib.

Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.