Dünya

Telefonların gizli dinlənilməsini nəzərdə tutan qanun qəbul edildi - Gürcüstanda

1 Mart 2017 20:47
0 Şərh     Baxış: 1 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan parlamenti telefon danışıqlarının gizli dinləməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, səsvermədə müxalifət partiyalarının üzvləri iştirak etməyib. 87 millət vəkili layihənin lehinə, 2-si əleyhinə səs verib.
 
Yeni qanuna əsasən Dövlət Təhlükəsizlik Xidməti nəzdində Əməliyyat-Texniki Agentliyi yaradılacaq. Həmin agentlik əməkdaşları bütün lokal və qlobal rabitə vasitələri və istifadəçi bazalarına daxil ola biləcək.
 
Müxalifət partiyaların qənaətinə görə, yeni qanun xüsusi xidmət orqanlarına məhkəmənin sanksiyası olmadan istənilən şəxsin telefon danışıqlarını dinləməyə imkan verəcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.