Dünya

Avtobus körpüdən aşdı - 8 ölü, 30 yaralı

28 Fevral 2017 09:23
0 Şərh     Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın cənub-şərqində Andhra-Pradeş ştatında avtobus idarəetmədən çıxaraq çaya düşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində azı 8 nəfərin öldüyü, 30-a yaxın adamın müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

Yol-nəqliyyat hadisəsi avtobus körpüdən keçərkən baş verib. Avtobusun içindən cəsədləri və yaralıları çıxarmaq üçün xilasetmə xidməti əməkdaşları qaz kəsicilərindən istifadə etməyə məcbur olublar.

Hazırda yaralılardan 10 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qəzanın ilkin səbəbi olaraq sürücünün sükan arxasında yuxuya getməsi ehtimal olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.