Dünya

İnsan üçün ən təhlükəli bakteriyalar - SİYAHI

28 Fevral 2017 08:14
0 Şərh     Baxış: 2 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə olaraq antibiotiklərə qarşı davamlı inkişafı ilə bağlı xüsusi təhlükə kəsb edən 12 növ bakteriyanın siyahısını açıqlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ÜST nümayəndəsi Kristian Lindmeyer məlumat verib.
"Siyahı yeni antibiotiklərin hazırlanması üzrə tədbirlərin təcililiyi baxımından üç kateqoriyaya bölünüb. Törədici mikroblara kritik, yüksək və orta təhlükə dərəcəsi verilib. Bu təsnifat alimlərə yeni preparatların yaradılması sahəsində tədqiqatların aparılması zamanı prioriteti müəyyən etmək imkanı verəcək", - deyə o bildirib.
Kristian Lindmeyerin sözlərinə görə, ekspertlər qramneqativ adlanan bakteriyaları xüsusi təhlükəli hesab ediblər.
"Onlar genetik materialın digər mikroorqanizmlərə ötürülməsi imkanına malikdirlər. Bu, antibiotiklərə qarşı davamlı xəstəlik törədicilərinin sayının sürətlə artmasına səbəb ola bilər", - deyə o əlavə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.