Dünya

Dəfələrlə "dirilən" "Taliban" lideri ÖLDÜRÜLDÜ

27 Fevral 2017 16:53
1 Şərh     Baxış: 1 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın Kunduz bölgəsində ABŞ silahlı qüvvələrinin reallaşdırdığı hava hücumu zamanı "Taliban"ın yüksək rütbəli idarəçilərindən olan Molla Abdul Salam Axund öldürülüb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, "Taliban" Abdul Salamın öldüyü məlumatını təsdiqləyib.

Hücum zamanı Salamla birgə daha 8 "Taliban" xadiminin öldürüldüyü deyilir.

Qeyd edək ki, əfqan səlahiyyətliləri Molla Abdul Salamın əvvəllər də bir neçə dəfə öldüyü haqda məlumat yaymışdılar. Abdul Salam 2015-ci ildə Kunduz şəhərini qısa zaman ərzində ələ keçirən "Taliban" hücumuna rəhbərlik etməsi ilə yadda qalıb. 

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.