Dünya

17 aylıq xəstə körpəsini binadan atmaq istədi - FOTO

27 Fevral 2017 17:29
13 Şərh     Baxış: 6 253
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşağı Balcalı Xəstəxanasında müalicə alan bir şəxs "sistem"in (fizioloji məhlulun) yeridilməsinin dayandırılmasına hirslənib 17 aylıq xəstə körpəsiylə birlikdə binanın 7-ci mərtəbəsindəki eyvanına çıxaraq intihar edəcəyini deyib.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, ata həkim, tibb bacısı və polislərin 1 saatlıq səyləri nəticəsində güclə razı salınaraq fikrindən daşındırılıb.

Uşağın başında su toplandığına görə müalicə üçün ailəsi tez-tez Şanlıurfadan Balcalı Xəstəxanasına gəlməli olur. Səhər saatlarında tibb bacısı uşaq üçün "sistem"ə artıq gərək qalmadığını bildirərək onu çıxarıb. Uşağın atası tibb bacısından niyə bu addımı atdığını soruşub.

"Şanlıurfada xəstəxanada yatarkən "sistem"i çıxarmırdılar, indi siz niyə çıxardırsınız? Niyə oğlumu əməliyyat etmirsiniz?" - deyə sərt reaksiya göstərərək intihar qərarına gəlib. 

Hadisə yerinə gələn polis körpəni atasından alsa da, kişi özünü öldürmək fikrində israrlı olub. Lakin danışıq sonrası fikrindən daşınan kişi binanın eyvanından aşağı enməyə razılıq verib.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.