Dünya

Haitidə vəbaya qarşı mübarizə davam edir

25 Fevral 2017 19:36
0 Şərh     Baxış: 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş BMT-nin üzvü olan bütün dövlətlərə məktub ünvanlayaraq, Haitidə vəbaya qarşı yeni mübarizə strategiyasının maliyyələşdirilməsinə könüllü əsasda pul keçirmək niyyətində olub-olmadıqları barədə martın 6-na qədər ona məlumat verməyi xahiş edib. Qeyd edək ki, BMT-nin Baş Məclisi ötən ilin dekabrında Haitidə vəbaya qarşı yeni mübarizə strategiyasını dəstəkləyib və dövlətləri bu strategiyanın həyata keçirilməsinə vəsait ayırmağa çağırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni strategiyaya görə, mübarizə iki istiqamətdə aparılacaq: əvvələn, vəba hallarının müalicəsi və sayının azaldılması üzrə səylər artırılacaq, ikincisi, 2010-cu ildə vəba ocağının yaranması nəticəsində xəstələnmiş insanlara maddi yardım göstəriləcək.

Haitidə 2010-cu ilin oktyabrında başlayan vəba epidemiyası tezliklə bütün ölkəni cənginə alıb. O vaxtdan təqribən 800 min adam bu xəstəliyə yoluxub, azı 9 min xəstə dünyasını dəyişib.

Beynəlxalq birliyin və haitililərin özlərinin səyləri sayəsində xəstəlik hallarının sayını 2011-ci ildə pik həddinə çatmış göstəricilərlə müqayisədə 90 faiz azaltmaq mümkün olub. Buna baxmayaraq, virus yayılmağa davam edir. Onun qarşısını almaq üçün əlavə imkanlar səfərbərliyə alınmalıdır.

Yeni strategiyanı iki istiqamətdə həyata keçirmək üçün yaxın iki ildə təqribən 400 milyon ABŞ dolları tələb olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.