Dünya

Haaqa mərkəzi: ""Cənub Qaz Dəhlizi" Azərbaycanı Avropanın tərəfdaşına çevirəcək"

24 Fevral 2017 18:48
Baxış: 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması nəticəsində Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasında Avropanın tərəfdaşına çevriləcək.

Milli.az Trend-ə istinadən xəbər verir ki,  bunu  Haaqa Strateji Araşdırmalar Mərkəzinin enerji təhlükəsizliyi üzrə eksperti Sijbren de Yonq deyib.

Onun sözlərinə görə, bu layihə böyük əhəmiyyət daşıyır, çünki bu, Avropanın rəqabətin daha az olduğu bölgələrinə əlavə qaz tədarük etməyə imkan verəcək.

Ekspert qeyd edib ki, ümumilikdə bu layihə Avropa ilə Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə səbəb olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.