Dünya

Rusiyanın ən titullu "vor zakon"u və onun azərbaycanlı cangüdəni həbs edildi - FOTO

24 Fevral 2017 17:05
0 Şərh     Baxış: 4 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən həftə Rusiya kriminal aləminin daha bir "xaç atas"ı Yuriy Piçuqin həbs edilib.

Bu, Zaxari Kalaşnikovun həbsindən sonra ən səs-küylü hadisədir.

Milli.Az 24saat.org-a istinadən xəbər verir ki, Piçuqa ləqəbilə tanınan "oğru" fevralın 18-də Moskvada 72 saat müddətinə saxlanılıb. Sonra təyyarə ilə Komiyə gətirilib. Sıktıvkar məhkəməsi dünən onun barəsində 2 aylıq həbs qəti imkan tədbiri seçib.

Piçuqa 1994-cü ildən Komidə mütəşəkkil cinayətkar dəstə yaradıb. Bu dəstəyə peşəkar idmançılardan ibarət xeyli adam cəlb edib. Dəstə üzvləri regionda bir çox kommersiya sahələrinə nəzarət ediblər.

Həmçinin axtarış zamanı Federal Təhlükəsizlik Xidməti və DİN onların silah bazalarını aşkarlayıb.

Piçuqa ilə yanaşı dəstə üzvləri Oqtay Əfəndiyev, Sergey Vanuyto, Aleksey Roxlin, Hədis Əzizov, Əhməd İsayev Maksim Əbubəkirov tutulublar.

Həmyerlimiz Oqtay Əfəndiyev karate kempo üzrə dünya çempionu olub. Həmçinin boks, tay boks və digər əlbəyaxa döyüş növləri üzrə Sıtıvkarda tanınmış bir idmançıdır.

İstintaq müəyyən edib ki, Piçuqanın rəqiblərini məhz Oqtay Əfəndiyev və Əhməd İsayev zərərsizləşdirirmiş. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.