Dünya

Nyu-York polisi Ağ evə tabe olmadı

24 Fevral 2017 10:11
0 Şərh     Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nyu-York polisi rəsmi Vaşinqtonun qeyri-qanuni miqrantların deportasiyası üzrə göstərişlərini yerinə yetirməkdən imtina edib.

Milli.Az virtualaz-a istnadən xəbər verir ki, bu barədə şəhər polisinin komissarı Ceyms O'Nil bəyanat yayıb.

Polis əməkdaşları miqrant xidmətinin federal məmurlarının vətəndaşların kütləvi deportasiya üzrə verdiyi orderi icra etməyəcəklər.

"Hər bir vətəndaş, mühacir olub-olmamasından asılı olmayaraq, qorxusuz bizə müraciət edir. Bu bizim üçün çox önəmlidir. Nyu-York polisi immiqrasiya üzrə vətəndaş qanunlarını icra etməyə məcbur deyil. Bizim idarəmiz gömrük və miqrasiya xidmətlərinin əməkdaşları tərəfindən verilmiş, miqrasiya üzrə qanun pozuntularına aid inzibati orderləri icra etmir" - departamentin əməkdaşlarına göndərilən yazılı müraciətdə belə qeyd olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.