Dünya

Konqoda Gürcüstan vətəndaşını əsir götürdülər - Polkovniki yaraladılar

23 Fevral 2017 16:29
1 Şərh     Baxış: 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Konqo silahlıları Gürcüstan vətəndaşını girov götürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qiyamçılar hökumət qüvvələrinə məxsus iki helikopteri vurublar. Həmin helikopterlərdən birini gürcüstanlı pilot, polkovnik Soso Osurauli idarə edib. Nəticədə helikopterdə olan başqa bir Gürcüstan vətəndaşı, istefada olan polkovnik David Makişvili yaralanıb, pilot isə əsir götürülüb.
 
Silahlılar Soso Osuraulinin azad olunması müqabilində bir milyon dollar pul tələb edirlər.
 
Girov götürülən pilotun ailəsi Osuraulinin iki il əvvəl Gürcüstanı tərk etdiyini və vaxtaşırı onlarla əlaqə saxladığını deyib.
 
Gürcüstan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı araşdırma aparıldığını açıqlayıb. Nazirlikdən bildirilib ki, sabiq hərbçilərin Konqoya hansı səbəbdən getməsinin səbəbləri məlum deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.