Dünya

Türkiyə təyyarəsində HƏYƏCAN - "Üzərimdə bomba var"

23 Fevral 2017 11:18
0 Şərh     Baxış: 2 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk Hava Yollarına (THY) məxsus TK-78 saylı Boeing 777 tipli təyyarə Mayamidən İstanbula uçmaq üçün son hazırlığını görərkən sərnişinlərdən biri üzərində bomba olduğunu deyib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, anası ilə səfərə çıxan Uçkun Erdem adlı şəxs son yoxlanışı etmək üçün yanına gələn ekipaj üzvünə: "Üzərimdə bomba var", - deyib. 

Təyyarədən olayla bağlı dərhal polisə xəbər verilib. Polislər Uçkun Erdemi yanında olan anası ilə birlikdə nəzarətə alıblar. Uçkun Erdemin ön və arxasındakı 3 sıra oturacaqda oturan sərnişinlərin bütün çamadanlarını və əl çantalarını endirərək təkrar axtarış aparıblar.

Uçkun Erdem psixoloji problemləri olduğunu və bu sözləri də bir anlıq qəzəblə söylədiyini bildirib.

THY səlahiyyətlilərindən verilən məlumata görə, Türkiyə saatı ilə səhər 07.00-da qalxması gözlənilən TK-78 tipli Mayami-İstanbul səfərini reallaşdırmalı olan təyyarə saat 08.30-da Türkiyəyə yola düşüb.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.