Dünya

ABŞ-da daha bir polis vəhşiliyi: 13 yaşlı oğlanı vurmaq istədi - VİDEO - FOTO

23 Fevral 2017 11:55
3 Şərh     Baxış: 1 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da polis zabitinin silahsız vətəndaşa qarşı vəhşicəsinə davranması ilə bağlı yeni etiraz aksiyaları başlanıb.

Olay Kaliforniya ştatındakı Anahaym şəhərində, orta məktəblərdən birinin yaxınlığında baş verib.

Milli.Az ABC-yə istinadən bildirir ki, 13 yaşlı Kristian Droşt sinif yoldaşları ilə məktəbdən qayıdanda küçənin sağındakı evlərdən birinin önündəki qazonda əyləşib. Yeniyetmələr burada deyib-gülməyə, zarafatlaşmağa başlayıblar.

Ev sahibi çölə çıxaraq: "Rədd olun evimin qarşısından! Tərk edin qazonumu!" - qışqırıb. Yeniyetmələr ayağa durub qazonu tərk etməyə başlayanda Kristian Droşt ev sahibinə tərəf dönərək: "Niyə qışqırırsınız? Sadəcə, oturduq", - deyib.

Dava da bundan sonra başlayıb.

Los-Anceles Şəhər Polis Departamentinin zabiti olan ev sahibi Kristianı tutub sürüməyə, dartmağa başlayıb.

"İndi səni polis idarəsinə apararam, ağlın başına gələr, küçük!" - qışqıran polis zabiti Kristianı sürüyərək maşına tərəf aparmağa çalışıb.

13 yaşlı Kristianın köməyinə sinif yoldaşları və dostları çatıblar.

Mülki geyimdə olan polis zabiti bu zaman əlini belinə ataraq maykasının altında, qurşağında olan tapançasını çıxarıb və atəş açıb.

Hadisə yerinə gəlmiş polislər bu zabiti və iki yeniyetməni saxlayıblar.

Kristian Dorştun sinif yoldaşları bu olayı smartfonla çəkiblər və sosial şəbəkələrdə paylaşıblar. Video yayılandan sonra qalmaqal qopub.

Anahaym şəhərində yüzlərlə sakin küçələrə çıxaraq etiraz aksiyası keçirib. Onlar 13 yaşlı yeniyetməyə atəş açmış polisə ən sərt cəzanın verilməsini tələb ediblər.

Polis zabiti ifadəsində bildirib: "O yeniyetmələr məni öldürmək istəyirdilər. Biri silahlı idi".

Lakin Anahaym Polis Departamentindən verilən məlumata görə, yeniyetmələrin heç birində silah olmayıb.

Kristianın atası Conni Dorştun dediyinə görə, oğlunun vücudunda çoxsaylı xəsarət yerləri var.

13 yaşlı oğlanın anası Alma Himenes isə hiddətlidir: "Oğlumu o polis öldürə bilərdi. Bu ölkədə polis vəhşiliyinin qarşısı niyə alınmır?! Olmaya bu polis də cəzasız qalacaq?!"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videoları izləmək üçün şəkillərə klikləyin:
Polis uşağa atəş açdı

Polis uşağa atəş açdı	- 1

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.