Dünya

Amerikada güclü daşqınlar: minlərlə insan evakuasiya olundu

22 Fevral 2017 20:20
1 Şərh     Baxış: 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhəri və ətraf məntəqələrin 14 min sakini güclü daşqınlar səbəbindən evakuasiya olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində xəsarət və dağıntılar barədə hələki məlumat verilmir.

Şəhər rəhbərliyi əhalini daha təhlükəsiz rayonlara köçürməyə çalışır. Sel səbəbindən federal magistrallardan biri bağlanıb.

ABŞ Milli meteoroloji xidmətinin proqnozuna görə, leysan yağışlar həftə sonu yenidən başlayacaq və daha bir neçə gün davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.