Dünya

Facebook bu gün də çökdü - FOTO

22 Fevral 2017 16:50
0 Şərh     Baxış: 1 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən YouTube-da yaranan giriş probleminin ardından bu gün də sosial şəbəkə nəhəngi Facebook eyni problemlə üz-üzə qalıb.

Dünən axşam YouTube-a giriş təxminən 1 saat mümkün olmayıb. Sayta girmək istəyən istifadəçilər "500 Internal Server Error" səhvi ilə qarşılaşıblar. İndi də ölkəmizdə bir o qədər hiss edilməsə də Avropanın bir sıra ölkələrində Facebook-a girişdə problem yaranıb.

Milli.Az xəbər verir ki, ölkəmizdə, Türkiyədə və ABŞ-da hiss edilməyən bu problem, xüsusilə xəbər lentinin işləməməsi ilə müşahidə olunur. Avropanın bir sıra ölkələri ilə yanaşı, Asiya və Uzaq Şərq ölkələrində bənzər problemlər müşahidə olunmaqdadır.

Problemlə əlaqədar Facebook tərəfindən bu dəqiqəyə kimi heç bir açıqlama verilməyib. Yaranan problemin səbəbi də bu dəqiqəyə qədər məlum deyil.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.