Dünya

Bahalı toylar qadağan edildi, 7-dən çox yemək olmaz

22 Fevral 2017 14:28
8 Şərh     Baxış: 3 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apreldən dəbdəbəli, bahalı toyların keçirilməsinə icazə verilməyəcək.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, bu qadağa Hindistanın Cammu-Kəşmir ştatında qüvvəyə minəcək.

Gəlin tərəfi toya 500-dən çox qonaq dəvət edə bilməyəcək. Bəy tərəfindən olanların sayı isə 400-ü keçə bilməz. 

Bundan başqa, toy qonaqlığında verilən əsas yeməklərin sayı 7-dən çox olmayacaq. Bu isə ərzaqların israfının qarşısını almağa imkan yaradacaq.

Regional parlament nümayəndələri bu qadağanı bütün Hindistan ərazisində tətbiq etməyi təklif edirlər. 

Bu qadağa insanların çoxsaylı şikayətlərindən sonra verilib. Belə ki, adıçəkilən vilayətlərdə insanlar toy zamanı həddindən artıq çox səs-küy olmasından, külli miqdarda tullantı yaranmasından şikayət ediblər. 

Qeyd edək ki, bənzər qadağa 1984-cü ildə də tətbiq edilmişdi. Lakin rəngarəng toy adətləri ilə seçilən Hindistanda baş qaldıran etirazlardan sonra ləğv edilmişdi. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.