Dünya

Hava limanında aktrisanın hicabını açdırdılar - VİDEO

22 Fevral 2017 11:12
1 Şərh     Baxış: 3 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş örtüyü taxdığı üçün Hitrou hava limanında gömrük işçiləri tərəfindən saxlanıldığını iddia edən Hollivud ulduzu Lindsi Lohan: "Çıxarmağımı istədilər, çıxardım", - deyib.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, 30 yaşlı aktrisa başına gələnləri "Good Morning, Britain" verilişində, Pirs Morqan və Susanna Reydin qonağı olarkən danışıb. Lohan verilişdə: "Bu yaxınlarda Nyu-Yorka gedərkən hicab taxmışdım və hava limanında saxlanıldım. Həyatımda ilk dəfə irqi ayrı-seçkiliklə qarşılaşdım", - ifadələrini işlədib.

Səlahiyyətliyə vəsiqəsini göstərən zaman onun Lindsi Lohan olduğunu bilib üzr istədiyini, ancaq: "Hicabı çıxar", - dediyini qeyd edib.

Hava limanı işçisinin tələbinə əməl etdiyini söyləyən Lohan digər qadınların hicab taxdıqda özlərini nə qədər narahat hiss etdiyini anladığını və onu əslində qorxudan məsələnin də bu olduğunu söyləyib. 

Lindsi Lohan mövzuyla bağlı sözlərinə bunları əlavə edib: "Bunu etməklə məqsədin nə olduğu mövzusunda danışa bilmərəm, amma sarsıdıcı bir məsələdir. Hava limanı səlahiyyətlisi məni tanıyana qədər iki dəfə yoxlanıldım. Olduqca qəribədir. Məni bu olay çox qorxutdu. Özüm nyu-yorkluyam. Bir az gözüm qorxdu".

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Aktrisa hicab taxdığı üçün hava limanında saxlanılıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.