Dünya

Missisipdə 3 qadın və 1 uşaq qətlə yetirilib

21 Fevral 2017 23:46
0 Şərh     Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ştatların Missisipi ştatının Loderdeyl dairəsi ərazisində yerləşən şəxsi evlərdən birində baş verən atışma zamanı biri 5 yaşlı uşaq olmaqla 4 nəfər qətlə yetirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə çərşənbə axşamı dairə şerifi Uord Kalhun məlumat verib.
Onun sözlərinə görə, evdə üç qadın və bir uşaq meyiti aşkar edilib. İlkin məlumatlara görə, onlar bir ailənin üzvləri olublar.
Atəşin kim tərəfindən və hansı səbəbdən açıldığı məlum deyil. Cani hadisə yerindən qaçıb.
İnsident zamanı evdə daha bir uşaq olub, lakin ona heç bir zərər dəyməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.