Dünya

Ovçular itləri parçalayan nəhəng canavarı öldürdülər - FOTO

21 Fevral 2017 15:52
7 Şərh     Baxış: 25 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Rostov vilayətinin Remontnoye kəndinə nəhəng canavar hücum edib.

Milli.Az interaz-a istinadən xəbər verir ki, heyvanın ilk qurbanları həyətlərdəki itlər olub. Güclü canavar altı iti parçalayıb. Onun qurbanlarından biri alabay cinsli itdir.

İtləri öldürdükdən sonra donuz damına daxil olan canavar bütün donuzları gəmirib. "Qənimət" olaraq 90 kq çəkiyə malik buzovu aparıb.

Canavarın etdiklərini görən sakinlər ovçulara müraciət ediblər. Ovçular canavarı təqib edərək heyvanı öldürüblər.

Ovçuların çəkdikləri fotolara baxış zamanı canavarın onu əlində tutmağa çalışan insandan böyük olduğu görünür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.