Dünya

Sarkisyandan acı ETİRAF: "Rusiya olmasa, biz..."

21 Fevral 2017 13:25
5 Şərh     Baxış: 2 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya olmasa, təhlükəsizliyimiz sual altında olar. Rusiya Ermənistanın təhlükəsizliyinin qarantıdır".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu fikirləri işğalçı Ermənistanın başçısı Serj Sarkisyan hərbi birləşmə komandanları ilə keçirdiyi müşavirədə çıxışı zamanı bildirib.

S.Sarkisyan açıq etiraf edib ki, Rusiyasız Ermənistan müstəqil dövlət ola bilməz: "Bu gün Ermənistan müstəqil dövlət olduğu üçün Rusiyaya borcludur. Rus və erməni xalqları çox zəngin tarixə malikdir. Xalqlarımız tarix boyu çiyin-çiyinə vuruşublar və heç zaman fərqli tərəflərdə yer almayıblar. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətimizi daha da gücləndirməliyik. Çünki NATO-ya üzv olan Türkiyə bizim üçün təhdid yaradır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı isə bu təhdidə qarşı sipərdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.