Dünya

Tramp generalı özünə müşavir təyin etdi

21 Fevral 2017 10:15
0 Şərh     Baxış: 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşavir vəzifəsinə general-leytenant Herbert Makmasteri təyin edib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Tramp onu istedadlı, təcrübəli və hörmətli adam adlandırıb.

Qeyd edək ki, fevralın 14-də ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Maykl Flinn vəzifəsindən istefa verib.

Onun istefasına səbəb ötən ilin dekabrında Moskvanın Vaşinqtondakı səfiri Sergey Kislyakla Rusiyaya qarşı sanksiyalara dair apardığı müzakirə barədə Donald Trampı düzgün məlumatlandırmaması göstərilib.

Bir müddət əvvəl o, Ağ ev administrasiyasını düzgün məlumatlandırmadığı üçün vitse-prezident Mayk Pensdən üzr istəyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.