Dünya

Yüzlərlə qaçqın hasarı aşıb İspaniyaya gəldi - VİDEO

20 Fevral 2017 18:23
0 Şərh     Baxış: 1 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

350-yə yaxın qeyri-qanuni mühacir İspaniyanın muxtar şəhəri Seutaya daxil olub. Bazar ertəsinə keçən gecə qeyri-qanuni mühacirlər altı metr hündürlüyündə olan ikiqat hasarı keçməyi bacarıblar. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Alman dalğası" məlumat yayıb. 

Beynəlxalq Qırmızı Xaç Komitəsinin yaydığı məlumata görə, on bir nəfər xəsarət alıb, altı nəfər xəstəxanaya çatdırılıb. Qalanları qaçqınların ilkin qəbul mərkəzindədirlər. 

Son günlər Seutanı əhatə edən səkkiz km uzunluqda hasara dəfələrlə afrikalı qaçqınlar hücum məruz ediblər. Yalnız fevralın 17-də hasardan minə yaxın adam keçməyə cəhd edib. Onlardan 500-ü ispan torpaqlarına keçə bilib. Bu mühacirlərin əksəriyyəti Saxaradan cənubda yerləşən Afrika ölkələrinin vətəndaşlarıdır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Yüzlərlə qaçqın İspaniyaya gəldi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.