Dünya

Birləşmiş Ərəb Əmirliklərinə qar yağdı

20 Fevral 2017 14:32
6 Şərh     Baxış: 2 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras əl-Xayma əmirliyinə qar yağıb.

Milli.Az report-a istinadən xəbər verir ki, yerli sakinlər qarın əmirliyin dağlıq ərazilərinə yağdığını bildiriblər.

Qeyd edək ki, bugünlərdə BƏƏ-də region üçün qeyri-adi soyuq hava müşahidə olunur. Şimaldan gələn siklon nəticəsində havanın temperaturu 10 dərəcədən çox azalıb.

Eyni zamanda, bu gün Dubay və Əbu-Dabi şəhərlərində qısamüddətli yağış yağıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.