Dünya

Britaniyada TERROR XƏBƏRDARLIĞI - Qadınlar və uşaqlar tərəfindən

19 Fevral 2017 18:11
0 Şərh     Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın kəşfiyyat orqanları ölkədə qadın və uşaqlar tərəfindən təkbaşına terror aktı törədilməsi təhlükəsinin mövcudluğu barədə xəbərdarlıq edib.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə "Mail" qəzeti kəşfiyyat orqanlarının hesabatına istinadən məlumat yayıb.

Jurnalistlərin əldə etdiyi sənəddə qeyd edilib ki, İŞİD terror təşkilatının hərbi məğlubiyyətləri fonunda Suriyadan Böyük Britaniyaya qayıdan qadın və uşaqlar tərəfindən terror aktı törədilməsi təhlükəsi artır. Kəşfiyyat məlumatlarına əsasən, Böyük Britaniyanın 850 vətəndaşı Suriya və İraqa gedib və onların əksəriyyəti İŞİD terror təşkilatının sıralarına qoşulub.

Onların yarıdan çoxu da artıq Böyük Britaniyaya qayıdıb. Hazırda Suriya və İraqda İŞİD-in nəzarətində olan ərazilərdə qalanların da 80 nəfəri qadın, 90 nəfəri isə uşaqdır. Sənəddə Böyük Britaniyadan getmiş qadınların İŞİD-in xüsusi hərbi düşərgələrində hazırlıq keçdikləri də qeyd edilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.