Dünya

Türkiyədə partlayış: 2 ölü, 18 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

18 Fevral 2017 07:24
0 Şərh     Baxış: 3 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

07:24

Türkiyənin Şanlıurfa vilayətində törədilən partlayış nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, partlayışdan sonra əmələ gələn dağıntılar altından kişi meyiti tapılıb.

Viranşehir rayonunda baş verən hadisə nəticəsində yaralananların sayı 18-ə çatıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Bundan əvvəl minalanmış avtomobilin partladılması nəticəsində 3 yaşlı uşağın öldüyü, 15 nəfərin xəsarət aldığı bildirilirdi. Dəqiqləşdirilmiş məlumata görə, insident nəticəsində həyatını itirən uşaq 11 yaşlı Əhməd Oqtay Günak olub. Partlayışın PKK tərəfindən törədildiyi bildirilir.

07:23

Türkiyənin Şanlıurfa vilayətində baş vermiş partlayış nəticəsində ölənlərin sayı iki nəfərə çatıb, 18 nəfər isə xəsarət alıb.

17.02.2017

22:50

Milli.Az Habertürk-ə istinadla xəbər verir ki, hakimlərin yaşadığı binaların həyətində baş verən partlayışda 3 yaşlı uşaq həyatını itirib, 15 yaralı var.

Bu barədə məlumatı Şanlıurfa valisi Güngör Azim Tuna verib.

---------

22:47

Türkiyənin cənubunda, Şanlıurfa vilayətinin Viranşehir rayonunda partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

--------

22:32

Türkiyənin Şanlıurfa şəhərində partlayış olub.

Milli.Az Sputniknews-a istinadla bildirir ki, partlayış şəhərin Viranşehir mahalındakı hakim və vəkillərin məskunlaşdığı yataqxanada baş verib. İlkin məlumata görə, yaralılar var.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

В Турции прогремел взрыв: погиб ребенок, много раненых

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.