Dünya

Bacısından qaçarkən avtobusun altında qalan uşaq öldü - Sürücü özünü döydü - VİDEO - FOTO

17 Fevral 2017 19:48
4 Şərh     Baxış: 5 771

Türkiyənin Qaziantep bölgəsində bacısından qaçarkən yerə yıxılan 10 yaşlı suriyalı uşaq, sərnişin avtobusunun üstündən keçməsi nəticəsində yerindəcə keçinib. Əldə edilən məlumata görə, 6 il əvvəl Suriyadakı vətəndaş müharibəsindən qaçaraq Qaziantəpin Şehitkamil mahalı Girne Məhəlləsində məskunlaşan ailənin 10 yaşlı uşağı Abdo Həsən onu qovan bacısı Fadıma Həsəndən qaçarkən avtomobil yoluna çıxıb. Tarazlığını itirərək yıxılan Həsən İsrafil Y. -nın idarə etdiyi 27 H 0157 nömrəli sərnişin avtobusunun altında qalıb. Uşağı əzdiyinin fərqində olan sürücü avtobusu dayandırıb və sükan arxasından enib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, uşağın qan içərisindəki bədənini görən avtobus sürücüsü şok keçirib. Əlləriylə dizinə və başına vuran sürücü uzun müddət düşdüyü şokdan çıxa bilməyib.
Hadisənin ardından uşağın yaxınları da qəza yerinə gəliblər. Babası olduğu deyilən bir şəxs qəza sonrası nəvəsinin ayaqqabılarını götürərək bir başqa uşaqla evinə göndərdib.

Qəza anı və sonrası isə anbaan təhlükəsizlik kameralarına əks olunub.

Qəzayla əlaqədar istintaq başladııb.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
 

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Emi · 17 Fevral 20:3900

    Usaga gore cox uzuldum.Basa dusmedim,surucu sok kecirib,ozunu doyur,baba ayaqqabi hayindadi.Bele veziyyetde ayaqqabi yada dusur?Allah rehmet elesin.

    Cavab yaz
  • Anonim
    QQ · 17 Fevral 22:3600

    Babanin da gozune o an ayaqqabi nece gorunub ey .Goturub eve gonderib .Yuz min ayaqqabilar feda olsun ovladlarimiza .O usaq olmayandan sonra onun ayaqqabisi kime ve neye lazimdir ?Kim geyine bilecek onu .?????

    Cavab yaz
  • Anonim
    QQ · 17 Fevral 22:3800

    O durucuye hec is dusmur Qezadan sonra sarsinti kecirib ozunu gunahlandirib ,basina gozune doyur .Neylesin ani bas veren gozlenilmez faciedir .O surucu istemezdi ki bele olsun .Yaziq oldu usaq da surucu de

    Cavab yaz
  • Anonim
    Nur · 17 Fevral 22:5700

    Yəqin ki xəbər mənasında göndərib evə. Bəlkə onlarda belə adət var. Özü gəlmir, ayaqqabılarını kimsə gətirir. Allah rəhmət eləsin, yazıq uşaq.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.