Dünya

UEFA-dan türk klubuna sərt cəza

17 Fevral 2017 19:45
0 Şərh     Baxış: 893

Türkiyə klubu "Karabükspor" UEFA tərəfindən sərt cəzalanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qitə futbol qurumu Superliqa təmsilçisini avrokuboklardan diskvalifikasiya edib.

Səbəb karabüklülərin Maliyyə Feyr-Pleyinin tələblərinə cavab verməməsi olub. "Karabükspor"la bağlı araşdırma aparan UEFA yekunda bu klubun 2 il beynəlxalq arenadan kənarlaşdırılmasını qərara alıb.

"Karabükspor" 2016-17 və 2017-18 mövsümlərində avrokuboklara vəsiqə əldə edə bilsə, orda iştirak edə bilməyəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.