Dünya

İranda millət vəkili türkcə məktəb tələb etdi

16 Fevral 2017 14:33
3 Şərh     Baxış: 1 264
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Qərbi Azərbaycan əyaləti olan Urmiyadan millət vəkili seçilmiş Hadi Behaderi Azərbaycan əyalətindəki məktəblərdə türkcə təhsil tələbi ilə çıxış edib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, İranın "Fars" xəbər agentliyinin məlumatına görə, iranlı millət vəkili Behaderi Azərbaycanın milli geyimində çıxış etdiyi məclisdə Şərqi və Qərbi Azərbaycan əyalətlərində rast gəlinən problemlərə toxunub.

Çıxışında Qərbi Azərbaycan əyalətinin ticarət, turizm və tranzit nəqliyyat üçün əhəmiyyətli potensiala sahib olduğuna işarə edən Behaderi son illərdə qoyulan investisiyalara baxmayaraq, bölgənin bir çox digər əyalətlərdən geri qaldığını bildirirb. O, İran prezidenti Həsən Ruhaninin başçılıq etdiyi hökuməti bölgəyə lazımi diqqətin yetirilməsinə çağırıb.

Azərbaycan əyalətlərindəki məktəblərdə türkcə təhsilin lazım olduğunu vurğulayan iranlı millət vəkili "Konstitusiyanın 19 və 15-ci maddələrinin tam olaraq tətbiq olunmasını və Azərbaycandakı məktəblərdə türkcə təhsilin təşkilini tələb edirik", - deyib.

O, əhalinin dolanışığı üçün əhəmiyyətli rola malik olan və son illərdə sürətlə quruyan Urmiya gölünün yox olmasının qarşısını almaq üçün gördüyü işlərə görə Ruhani hökumətinə təşəkkür edib. Lakin bununla bərabər bildirib ki, görülən işlər yetərli deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.