Dünya

Türkmənistanda seçicilərin yarıdan çoxu səs verdi - YENİLƏNİB

12 Fevral 2017 11:39
0 Şərh     Baxış: 4 036

11:39

Bu gün Türkmənistanda keçirilən prezident seçkilərində 4 saat ərzində seçicilərin 51 faizindən çoxu səs verib.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, səsvermə yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə saat 06.00) başlayıb, saat 19.00-da (Bakı vaxtı ilə 18.00) başa çatacaq.

Türkmənistan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 11.00-a (Bakı vaxtı ilə saat 10.00) seçici fəallığının 51,45 faiz olduğunu açıqlayıb. Bu müddət ərzində 3,2 milyon seçicidən 1 milyon 662 seçici səs verib 

----------

09:16

Türkmənistanda bu gün yerli vaxtla saat 07:00-da prezident seçkiləri başlayıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, səsvermə 19 saat davam edəcək. Seçkilərdə və referendumda 18 yaşdan yuxarı Türkmənistan vətəndaşları iştirak edə bilərlər.

Seçkilərdə səsvermədə iştirak etmiş seçicilərin səslərinin yarısından çoxunu qazanmış namizəd seçilmiş sayılır.

Dövlət başçısı yeddi il müddətinə seçilir.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.