Dünya

Səudiyyə Ərəbistanının paytaxtına raket zərbəsi endirildi

6 Fevral 2017 18:36
0 Şərh     Baxış: 6 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə rəsmiləri raket zərbəsi barədə xəbərləri təkzib edərək partlayış səsini zəlzələ və meteorit düşməsi ilə izah etməyə çalışırlar

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada raket zərbəsi endirilib. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən məlumat verir. Məlumata əsasən, "Borkan-1" raketi şəhərin qərb kənarındakı hərbi bazaya düşüb. Tələfat və dağıntılar barədə məlumat yoxdur.  Məlumatda qeyd olunur ki, Səudiyyə rəsmiləri raket zərbəsi barədə xəbərləri təkzib edərək partlayış səsini zəlzələ və meteorit düşməsi ilə izah etməyə çalışırlar. Həmçinin, xəbərdə Ər-Riyadda fövqəladə vəziyyət elan olunduğu vurğulanır. Yəməndə fəaliyyət göstərən "Ənsar Allah" təşkilatının nümayəndələri raket zərbəsi barədə məlumatı təsdiq ediblər. Onlar zərbənin Yəmənin keçmiş prezidenti Əli Abdulla Salehə sadiq qüvvələr tərəfindən endirildiyini bəyan ediblər. Səudiyyə Ərəbistanı Yəməndə eks-prezident Abd Rabbo Mənsur Hadini hakimiyyətə qaytarmaq istəyən beynəlxalq koalisiyaya rəhbərlik edir. Koalisiya qiyamçı husilərin "Ənsar Allah" hərəkatı, eks-prezident Əli Abdulla Salehə sadiq qüvvələrlə mübarizə aparır. Ölkədə "Əl-Qaidə" və İŞİD-in silahlıları az deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.