Dünya

Bakıdan Suriyaya gedən ana və iki azyaşlı uşağı öldürülüb

24 Yanvar 2017 23:33
27 Şərh     Baxış: 14 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir il əvvəl həyat yoldaşı ilə birlikdə Suriyaya gedən azərbaycanlı qadın iki azyaşlı övladı ilə birlikdə öldürülüb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, ana və övladları Suriyada döyüş bölgələrinin birində bombardmanın qurbanı olublar.

Məlumata əsasən, bir neçə gün əvvəl baş verən hadisədə ölən qadın Arzu Əcmidir. Onunla birlikdə həlak olanlar isə yeddi yaşlı qızı və üç yaşlı oğlu olub.

Bildirilir ki, Arzu Əcmi 2015-ci ilin əvvəlində əri Fikrət Əliyevlə birlikdə Suriyaya getmişdir. İŞİD terror qruplaşmasının tərkibində vuruşan 1985-ci il təvəllüdlü Fikrət Əliyev ailəsini də özü ilə birlikdə Suriyaya aparmışdır.

Qeyd olunur ki, Bakıda doğulan və Zirə qəsəbəsində yaşayan Fikrət Əliyev Suriyaya getdikdən dörd ay sonra zərərsizləşdirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.