Dünya

Qaçqın uşaqlar soyuqdan donurlar

24 Yanvar 2017 22:23
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şaxtalı havalar Avropada qaçqın və miqrantların, eləcə də, uşaq və yeniyetmələrin həyat şəraitinin pisləşməsinə gətirib çıxarıb.
Milli.Az "Report"a istinadən bildirir ki, təkcə Yunanıstan və Balkan ölkələrində 24 min uşaq qeydiyyat növbəsindədir.
Ekspertlər qeyri-müəyyən vəziyyətin uşaq psixikasına mənfi təsir göstərə biləcəyinə dair xəbərdarlıq edirlər və sosial işçiləri ayıq-sayıq olmağa çağırırlar.
"Söhbət təkcə soyuqdan donmuş uşaqlar üçün isti ayaqqabıdan getmir. Uşaqlar bürokratik prosedurların qurbanı olurlar, onlar aylarla "asılı" vəziyyətdə qalırlar. Və bu onların psixikasına çox böyük təsir göstərir", - deyə UNİCEF-in əməkdaşı Sara Krou bildirib.
Onun sözlərinə görə, UNİCEF əməkdaşları uşaqlı ailələrə köməklik göstərməyə çalışırlar. Onlar hazırda isidilməyən çadırlardan mehmanxana və yataqxanalara köçürülüblər, bəzilərini Yunanıstanın materik hissəsinə aparmaq mümkün olub.
UNİCEF xatırladır ki, uşaqların təqribən 17 faizi Avropaya böyüklərin müşayiəti olmadan gəlirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.