Dünya

İsrail 2500 evin tikintisini təsdiqləyib

24 Yanvar 2017 21:46
0 Şərh     Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail Qərb Sahilində yerləşən yahudi məskənlərində 2500 yeni evin tikilməsi barədə planları bəyan edib.

Müdafiə naziri Avigdor Lieberman və baş nazir Benyamin Netanyahu qərarın "yaşayış ehtiyacına" cavab olduğunu deyiblər.

Fələstinli rəsmilər planları bölgədə sülh yaratmağa yönələn cəhdlərə yeni zərbə adlandırıblar.

Milli.Az BBC-yə istinadən bildirir ki, İsrail hakimiyyətinin bəyanatı ABŞ prezidenti Donald Trump vəzifəsinə başladıqdan sonra ikinci bənzər bəyənatdır.

Cənab Trump İsraildə yahudi məskənlərinin tikilməsinə sələfi Barack Obamadan daha rəğbətli olacağını bəyan edib və yahudi məskənlərinin açıq dəstəkçisini ABŞ-ın İsrailə yeni səfiri təyin edib.

Yəhudi məskənləri 1967-ci ildə Qərb Sahili və Şərqi Qüdsün İsrail tərəfindən işğalından sonra salınmağa başlayıb. Hazırda 140-dan çox yaşayış məntəqəsində təxminən yarım milyon israilli yaşayır.

Bəyan edilən yeni evlərin əksəriyyəti hal-hazırda mövcud olan məskənlərin ərazisində tikiləcək - 902 ev Ariel məskənində, 652 ev isə Givat Zeev məskənində.

Evlərdən 100-ü Cənab Trump-ın kürəkəni və baş müşaviri Jared Kushnerin ailəsi tərəfindən idarə olunan təşkilat tərəfindən maliyyələşdiyi iddia edilən Beit El qəsəbəsində tikiləcək.

Avigdor Lieberman və Benyamin Netanyahu

Bəyanatın buraxılışından sonra, cənab Netanyahu Twitterdə "biz tikirik və tikməyə davam edirik" yazıb.

Bazar günü baş nazir həmçinin telefonla ABŞ prezidenti Trumpla İsrailin fələstinlilərlə sülh prosesini müzakirə edib və cənab Trump tərəfindən fevral ayında Washington-a dəvət edilib.

"Prezident İsrail və fələstinlilər arasında sülhün yalnız iki təfərin razılığı ilə əldə edilə biləcəyini və bu hədəfə irəliləmək üçün Amerika Birləşmiş Ştatlarının İsraillə sıx əladəqə olacağını vurğulayıb", Ağ Ev deyib.

Məsklunlaşma hərəkatı Donald Trumpın seçki qələbəsini sevinclə qarşılayıb

Fələstin Azadlıq Təşkilatının icraedici kömitə üzvü Hanan Aşravi çərşənbə axşamı günü dərc edilən bəyanatı tənqid edib.

"İsrail hökuməti özünün iki-dövlətli həll, sülh və sabitliyin tələblərindən çox torpaq oğurluğuna və müstəmləkəçiliyə sadiq olduğunu bir daha sübut edib", xanım Aşravi deyib.

Xanım Aşravi ABŞ və beynəlxalq ictimaiyyəti məskənlərin tikintisinin qarşısını almağa və İsraili məsuliyyətə cəlb etmək üçün "ciddi və müəyyən addımlar" atmağa çağırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.