Dünya

Trampın oğlunu təhqir etdi, televiziyadan uzaqlaşdırıldı

24 Yanvar 2017 19:52
1 Şərh     Baxış: 3 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın NBC telekanalının tanınmış "Saturday Night Live" verilişinin ssenari müəllifi Keti Riç Tvitter hesabında ölkə prezidenti Donald Trampın kiçik oğlu, 10 yaşlı Barron Trampa qarşı təhqiredici ifadələr işlətdiyinə görə müvvəqəti işindən uzaqlaşdırılıb.

Milli.Az xəbər verir ki, Trend-in "New York Times" nəşrinə istinadən verdiyi məlumata görə, K.Riç Tvitter hesabında qeyd edib ki, B.Tramp gələcəkdə oxuduğu məktəbdə silahlı insident törədəcək şagird ola bilər.

K.Riç Tvitter hesabında paylaşdığı həmin yazını sonra silib, əvəzində isə yersiz hərəkətinə görə üzrxaqlıq edib.

Qeyd edək ki, ABŞ məktəblərində və ali təhsil müəssisələrində insan ölümləri ilə nəticələnən silahlı atışmalar tez-tez baş verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.