Dünya

İran Türkiyəyə 2 milyard dollara yaxın təzminat ödəyəcək

24 Yanvar 2017 16:12
0 Şərh     Baxış: 1 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran təbii qaz qiymətləri ilə əlaqədar Türkiyəyə 1,9 milyard dollar təzminat ödəyəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Arbitraj Məhkəməsi qərar verib.

Türkiyə hesab edir ki, İrandan aldığı qazın qiyməti Azərbaycan və Rusiyadan aldığı təbii qaz qiymətindən daha yüksəkdir. Türkiyənin şikayətinə baxan Beynəlxalq Arbitraj Məhkəməsi Tehrandan qiymətlərin azaldılmasını tələb edib.

Qərar barədə danışan İranın neft sənayesi nazirinin müavini Xalid-Rza Əraği bildirib ki, İrandan Türkiyəyə tədarük olunan qazın qiymətinin 13,3 faiz azaldılması barədə razılıq əldə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.