Dünya

"Rusiya və ABŞ-ın dəstəyi Türkiyənin Əl-Baba girməsini asanlaşdıracaq"

24 Yanvar 2017 13:19
0 Şərh     Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya və ABŞ-ın Deyr-əz Zoru bombalaması Türkiyənin Əl-Baba girməsini asanlaşdıracaq".

Milli.Az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının  kəşfiyyat idarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik İsmayıl Hakkı Pekin deyib.
 
"18 yanvarda Türkiyə və Rusiyanın Əl-Babda İŞİD-ə qarşı ortaq hava əməliyyatı həyata keçirməsindən sonra Rusiyanın 23 yanvarda Deyr əz-Zora qarşı uzun mənzilli qırıcılarla həyata keçirdiyi hava əməliyyatına ABŞ-ın və NATO-nun Avropadakı bir üzvünün dəstək verdiyi bildirilir. Bunu necə dəyərləndirirsiniz?" sualına İ. H. Pekin belə cavab verib:
 
"Rusiya ilə Türkiyənin Əl-Babda DAEŞ-ə qarşı müştərək hava əməliyyatı keçirməsi normaldır. Ancaq Rusiyanın Deyr əz-Zoru bombalamasına ABŞ-ın dəstək verməsi tamamilə yeni bir hadisə olub, müsbət qiymətləndirilməlidir. ABŞ bu dəstəyi verərkən Türkiyəyə "Əl-Babı DAEŞ-dən təmizləməyə dəstək veririk, ancaq oradan Menbiçə qayıtma" - deməməlidir, Türkiyə də bu cür gizli sövdələşməyə getməməlidir. Deyr əz-Zor daha yuxarıdadır, Rusiya ilə ABŞ-ın hava əməliyyatı Türkiyənin Əl-Baba girməsini asanlaşdıracaq. Çünki DAEŞ Əl-Babdan önəmli dərəcədə hərbi gücünü Deyr əz-Zora aparmaq məcburiyyətində qalacaq. Türkiyənin Əl-Baba girməsi isə DAEŞ-in Suriyadakı "paytaxtı" sayılan Rakkaya gedən yoldakı önəmli bir əngəlin aradan qalxmasına səbəb olacaq. Cərəyan edən prosesləri müsbət dəyərləndirirəm". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.