Dünya

Qırılma nöqtəsi: ELAN ETDİLƏR: "Milislər çıxsınlar!"

24 Yanvar 2017 12:17
0 Şərh     Baxış: 1 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tarixi Suriya zirvəsində tərəflər bir-birlərinə çatdırdıqları tələbləri qiymətləndirərkən müxaliflərin sözçüsü imzalanacaq bir bəyanat olmadığını deyib. Türkiyə, Rusiya və İranın dünən ortaq hazırladığı məlumatda üçlü atəşkəs mexanizmi nəzərdə tutulub.

Milli.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə və Rusiyanın liderliyi ilə baş tutan sammitin ikinci günündə müxalifətin hərbi qanadı ilə Şam rejimi dünən bir-birlərinə çatdırdıqları tələbləri müzakirə masasına yatırıblar.

Toplantının ilk günündə silahlı müxalif qanadla rejim ilk dəfə bir masa ətrafında toplanmış oldu.

Zirvədə Rusiya və BMT nümayəndələri müxaliflərin tələblərini rejim tərəfinə çatdırarkən rejimin istəklərini də müxaliflərə bildiriblər.

Astanadakı sammitin gündəm maddəsi atəşkəsin tətbiq olunması və yardımların çatdırılması məsələsidir. Müxaliflər həmçinin İranın ölkəyə soxduğu şiə polislərin ölkəni tərk etməsini və 13 min qadın məhkumun sərbəst buraxılmasını tələb edirlər.

Müxalif heyətin başındakı Məhəmməd Alluş çıxışında: "Rejimin dəvət etdiyi xarici milislərin varlığı, eyni zamanda Livan Hizbullahı və İraq Hizbullahı, qan tökülməsində iştirak edir, atəşkəs ehtimalına maneə törədir", - deyib.

Rejim adından müzakirələrə qatılan Bəşər əl Cəfəri isə müxalifləri provokativ və alçaldıcı danışmaqda günahlandırdı. Atəşkəsin davamlı deyil, bir müddətə tətbiq olunmasını istəyən Şam rejiminin nümayəndəsi həmçinin Türkiyəni də ittiham etməyi unutmayıb.

Tərəflər bir-birlərinə qarşı ittihamlar yönəltsələr də, günün sonunda heç bir tərəf masadan qalxmayıb.

Zirvəyə Türkiyə, İran və Rusiyayla yanaşı, ABŞ da Qazaxıstan səfirinin vasitəçiliyi ilə qatılıb.

Altıncı ili tamamlamaq üzrə olan vətəndaş müharibəsində 30 dekabr axşamı elan edilən atəşkəs, bəzən pozuntular olsa da, ölkə səviyyəsində tətbiq olunur. İŞİD və Əl Nusra kimi terror təşkilatları atəşkəs razılığına daxil edilmir.

Türkiyənin qarşı çıxmasından sonra terror təşkilatı PKK-nın Suriya qolu olan PYD / YPG də Astanaya çağrılmayıb.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.