Dünya

Kim olduğu ortaya çıxdı

24 Yanvar 2017 12:43
0 Şərh     Baxış: 3 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın yeni prezidenti Donald Tramp vəzifəsinə başladığı ilk gün ciddi bir etiraz dalğası ilə qarşılaşıb. Avstraliyadan Keniyaya, Hindistandan İsveçə, Çilidən ABŞ-a qədər onlarla ölkədə, 600-dən çox şəhərdə küçəyə çıxan qadınlar əllərində ABŞ bayrağıyla başını bağlamış bir illüstrasiya nümayiş etdiriblər.

Həftə sonu dünyanın hər yerində küçələrə axışan qadınların əllərində daşıdığı ABŞ bayrağıyla başını bağlamış qadın illüstrasiyasının rəssamı Nyu-Yorkda yaşayan Munir Əhməd imiş.

Milli.Az xəbər verir ki, həftə sonu yarım milyonu keçən qadının toplandığı Vaşinqtondan Nyu-Yorka dönərkən İngiltərənin "The Guardian" qəzetinə müsahibə verən 32 yaşlı Əhməd: "Yalnız onu deyə bilərəm ki, mən də sizin kimi amerikalıyam. Həm amerikalıyam, həm də müsəlmanam. Və hər ikisinə görə də çox qürurluyam", - deyib.

Munir Əhməd: "Fotonun mənası nəyəsə qarşı olmaq deyil, yalnız bir nümayişdir. "Mən də eynilə sizin kimi amerikalıyım" deməkdir", - ifadələrini işlədib.

Qeyd edək ki, Munir Əhmədin ailəsi 1970-ci illərin sonunda Banqladeşdən Nyu-Yorka gəlib. 

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.