Dünya

Aparıcı qonağını canlı yayımda yandırdı - VİDEO

24 Yanvar 2017 12:16
1 Şərh     Baxış: 1 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Küveytdə komediya proqramının aparıcısı birbaşa efirdə dəvət etdiyi qonağının üstünə benzin tökərək yandırıb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, tanınmış küveytli aparıcı Rajab Jassem şounun əvvəlində qonağını  Instagram-da ən qəribə adam adlandırıb.
 
Bundan sonra qonağı yandıran kimi çəkiliş qrupunun əməkdaşları tez alovu söndürüblər.
YouTube-a yerləşdirilən videoda tamaşaçılara gördüklərini heç bir halda təkrarlamamaq məsləhət görülür. Eyni zamanda qeyd edilir ki, təhlükəsizlik tədbirləri əvvəlcədən görülüb.
 
Aparıcı Rajab əlavə edib ki, qonaq heç bir ağrı hiss etməyib, çünki bədəni müdafiə qatına bürünüb.
Buna baxmayaraq, sosial şəbəkə istifadəçiləri aparıcını bu hərəkətinə görə qınayıblar, hətta bu dəhşətli əməli üstündə cəzalandırılmasını da tələb edənlər var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Aparıcı qonağını canlı yayımda yandırdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.