Dünya

Qubernator çıxışı zamanı huşunu itirdi - VİDEO

24 Yanvar 2017 11:52
0 Şərh     Baxış: 1 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Minnesota ştatının qubernatoru Mark Deyton çıxışı zamanı huşunu itirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ştat Konqresində çıxışa başladıqdan 45 dəqiqə sonra 69 yaşlı M. Deytonun halı pisləşib. Huşunu itirərək yıxılan qubernatorun başı tribunaya dəyib. O, salondakı şəxslərin köməyi ilə başqa otağa aparılıb.
 
Bir qədər sonra M. Deytonun oğlu atasının durumunun qənaətbəxş olduğu haqda açıqlama verib.
 
Qubernator daha əvvəl də oxşar hadisə ilə üzləşib. 2016-cı ilin fevralında o, rəsmi tədbir zamanı huşunu itirib və xəstəxanaya aparılıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Qubernator çıxışı zamanı huşunu itirdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.